...

Şəkidə və Zaqatalada güclü külək bir sıra problemlər yaradıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 18 Mart 2014 11:40 (UTC +04:00)
Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, elektrik naqillərinin zərər görməsi nəticəsində bütün şəhər ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Şəkidə və Zaqatalada güclü külək bir sıra problemlər yaradıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Şəkidə dünən axşam saatlarından başlayan güclü külək şəhərdə bir sıra problemlərə yol açıb.

Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, elektrik naqillərinin zərər görməsi nəticəsində bütün şəhər ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Gecə demək olar ki, şəhərin bir çox hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Küləyin təsirindən ağaclara, elektrik dirəklərinə ciddi ziyan dəyib.

Mərkəzi küçələrdə yeni quraşdırılmış Novruz atributları küləyin şiddətinə davam gətirməyərək, avtomobil yollarına aşıb.

Külək Zaqatalada da bir sıra fəsadlara yol açıb. Rayonun müxtəlif yerlərində 15-dək irigövdəli ağac aşıb, nəticədə bəzi küçələrdə avtomobillərin hərəkəti dayanıb.

Rayonun Ümid Sadıqov, 28 May küçəsində və digər küçələrdə ağaclar qırılaraq evlərin və avtomobillərin üzərinə aşıb və böyük miqdarda maddi ziyana səbəb olub. Küləyin təsirindən bəzi evlərin dam örtüyü uçub. 5 saylı məktəb, məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binanın dam örtüyü yararsız vəziyyətə düşüb.

Rayonda elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Elektrik enerjisinin verilməsində də fasilələr yaranıb. Küləyin törətdiyi fəsadları aradan qaldırmaq üçün aidiyyəti qurumlar hərəkətə keçib.

Yollar ağaclardan təmizlənərək maşınların hərəkəti təmin olunub.

Görülən tədbirlər nəticəsində gecə saatlarında rayonun bəzi yerlərində elektrik enerjisinin verilişi qismən bərpa edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Zaqatala rayonu ərazisində küləyin vurduğu ziyanın miqdarı hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti