...

"Nobel Oil" şirkəti Gəncədə qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2014 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Nobel Oil" şirkəti korporativ sosial məsuliyyət proqramının bir hissəsi kimi, Gəncə şəhərində "SOS Uşaq Kəndləri" təşkilatı ilə birlikdə qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib. Azərbaycanlıların qədim bayramı olan Novruz Bayramını qeyd etmək məqsədi ilə keçirilən tədbirdə uşaqlara idman avadanlıqları və musiqi alətləri hədiyyə edilib.

Tədbirdə çıxış edən "Nobel Oil" şirkətinin baş icraçı direktoru Maykl Rinq bildirib: "Azərbaycanda fəaliyyət göstərən bir şirkət kimi hesab edirik ki, bu kimi tədbirlər gənc nəsilə dəstək olmaq, onları sağlam həyat tərzinə və istedadlarını göstərməyə həvəsləndirmək üçün vacibdir. Çünki müxtəlif sosial təbəqədən olan uşaqlar gələcəkdə ölkənin inkişafında əsas rol oynayacaq".

"SOS Uşaq Kəndləri Gəncə" layihəsinin rəhbəri Yaşar Qocayev isə deyib ki, Azərbaycanda fəaliyyət göstərən özəl sektordan gələn bu yardımlar sayəsində kəndin uşaqlar üçün mövcud imkanlarını inkişaf etdirəcəklər: "Bu kimi təşəbbüslərə görə "Nobel Oil" şirkətinə təşəkkürlərimizi bildiririk".

Qeyd edək ki, "Nobel Oil" şirkəti "SOS Uşaq Kəndləri" ilə 2012-ci ildən əməkdaşlıq edir və onun layihələrinə həm paytaxt Bakıda, həm də Azərbaycanın ikinci böyük şəhəri Gəncədə dəstək olur.

"Nobel Oil" şirkəti Azərbaycan gəncləri arasında təhsil və innovativ düşüncəni inkişaf etdirməklə gələcək nəsillərə dəstək olmaq məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti