...

Azərbaycan Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri birgə əməliyyat keçiriblər

Cəmiyyət Materials 20 Mart 2014 12:31 (UTC +04:00)
Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
Azərbaycan Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri birgə əməliyyat keçiriblər

Azərbaycan, Bakı, 20 mart /Trend/

Yevlaxda avtomat və güllələr aşkar edilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Yevlax rayonunun Hacıselli kəndi ərazisində bir ədəd "AKSU" markalı, 5,45 kalibrli Kalaşnikov avtomatı, ona məxsus bir ədəd sandıqça və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti