...

İstanbul prokurorluğu: Türkiyədə Twitter-in bağlanması üçün məhkəmə qərarı yoxdur

Cəmiyyət Materials 21 Mart 2014 15:43 (UTC +04:00)
Türkiyədə Twitter-in bağlanması üçün heç bir məhkəmə qərarı yoxdur.
İstanbul prokurorluğu: Türkiyədə Twitter-in bağlanması üçün məhkəmə qərarı yoxdur

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə Twitter-in bağlanması üçün heç bir məhkəmə qərarı yoxdur. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İstanbul prokurorluğundan bildiriblər.

Qurumdan deyiblər ki, Twitter-in guya məhkəmə qərarı ilə bağlanması həqiqətəuyğun deyil.

Bir sıra Türkiyə KİV-in məlumatına görə, "Twitter" şəbəkəsinə giriş İstanbul məhkəməsinin qərarı ilə bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti