...

Azərbaycana gələn turistlərə apartamentlər təklif edilə bilər

Cəmiyyət Materials 2 Aprel 2014 13:35 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəyə gələn turistlərin yerləşməsi üçün apartamentlərin yaradılması məsələsini müzakirə etmək niyyətindədir.
Azərbaycana gələn turistlərə apartamentlər təklif edilə bilər

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəyə gələn turistlərin yerləşməsi üçün apartamentlərin yaradılması məsələsini müzakirə etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib.

Nazirliyin şöbə müdirinin sözlərinə görə, turistlər üçün posterlərin yaradılması məqsədəuyğun deyil. Buna görə də turistlər üçün apartamentlər yaradıla bilər: "Posterlər aşağı səviyyəli bir yerdir. Oradan ancaq gecələmək üçün istifadə edilir. Orada gecələmək təxminən 15 dollara başa gəlir. Yaxşı olar ki, apartamentlər olsun. Bizdə çoxlu yeni tikilmiş binalar var. Onların sahəsi geniş, otaqları gözəldir. Həmin evlərdən istifadə etmək olar".

A.İsmiyev deyib ki, apartamentlər olduqda onlar hansısa turizm şirkətləri ilə müqavilə bağlayır və müştəri qəbul edirlər. Şöbə müdiri apartamentlərin yaradılması təcrübəsinin bəzi xarici ölkələrdə mövcud olduğunu da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti