...

Bakıda BMÜTT-nin Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminar keçiriləcək

Cəmiyyət Materials 2 Aprel 2014 14:01 (UTC +04:00)
3-4 aprel 2014-cü il tarixində Bakıda BMÜTT-nin (Ümumdünya Turizm Təşkilatı) Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminarı keçiriləcək.
Bakıda BMÜTT-nin Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminar keçiriləcək

Azərbaycan, Bakı, 2 aprel /Trend/

3-4 aprel 2014-cü il tarixində Bakıda BMÜTT-nin (Ümumdünya Turizm Təşkilatı) Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminarı keçiriləcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu qərar Avropa Komissiyasının 56-cı iclasında qəbul edilib və bununla əlaqədar Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə BMÜTT-nin baş katibi Taleb Rifai arasında tədbirin Bakıda keçirilməsinə dair saziş imzalanıb.

Ümumilikdə 31 ölkənin BMÜTT nümayəndələri, ekspertləri, Avropa ölkələrinin aidiyyəti qurumlarının nümayəndələri iclasda və seminarda iştirak edəcəklər.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, Monteneqronun davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç, Xorvatiyanın turizm naziri Darko Lorencin, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi İştvan Komoroçski, Litvanın iqtisadiyyat naziri Evaldas Güstas arasında ikitərəfli görüşlər nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti