• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Vətənə xidmət müqəddəs borcdur (FOTO)

3 Aprel 2014 15:45 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 3 aprel /Trend/

3 aprel 2014-cü il tarixdə Gəncədə həqiqi hərbi xidmətə çağırışla bağlı təntənəli mərasim keçirilib. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, ziyalılar, ağsaqqallar, veteranlar, valideynlər və gənclər iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsinin rəisi, mayor Əjdər Babazadə çıxış edərək bildirib ki, bu gün Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə qadir güclü ordusu var. Azərbaycanın Silahlı Qüvvələri nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biri sayılır. Ölkə başçısının tapşırığına uyğun olaraq, bütün sahələrdə olduğu kimi, ordumuzda da son elmi-texniki yeniliklər tətbiq edilir. Hərbi mütəxəssislərin hazırlanmasına, ordu quruculuğunun inkişaf etdirilməsinə, gənclərə xüsusi diqqət və qayğı göstərdiyinə görə qədim Gəncənin gəncləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirir və gənclərə uğurlar arzulayıram.

Çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Kəpəz və Nizami rayon Veteranlar şuralarının sədrləri Yusif Məmmədov, Tofiq Hüseynov, SSRİ Silahlı Qüvvələrinin veteranı Kərəm Həsənov ordu sıralarına yola düşən bütün gənclərimizin onlara göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənimizə şərəflə xidmət edəcəklərinə, şanlı ənənələrimizi sədaqətlə yaşadacaqlarına inandıqlarını qeyd edib və müvəffəqiyyətlər arzulayıblar.

"Bu gün ordu sıralarına xidmətə yollandığım üçün özümü xoşbəxt sayıram və Vətənə sədaqətlə xidmət edərək, doğma yurduna alnıaçıq qayıdacağıma söz verirəm."-bu sözləri gənclər adından Fərid Vəliyev deyib.

Qeyd edək ki, Gəncə şəhər Kəpəz rayonundan 40 nəfərdən çox hərbi xidmətə yola salınan gənclər Fövqəladə Hallar, Daxili Qoşunlar və Sərhəd Qoşunları hissələrində xidmət edəcəklər.

***

Çağırışçılar kimi valideynlər də bir qədər həyəcanlı görünürlər. Buna baxmayaraq onlar övladlarının düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəklərinə əmin olduqlarını bildirirlər.

Qaragöz Qurbanova - valideyn: "Bu gün oğlum hərbi xidmətə gedir. Oğlu əsgərliyə gedən bütün valideynlərə göz aydınlığı verirəm. Sağ gedib salamat gəlsinlər. Arzum odur ki, oğlum nümunəvi əsgər olsun. Xalqına, millətinə layiqli xidmət eləsin".

Bahar Əsədova - valideyn: "Gözümün ağı qarası olan bir oğul balamı yola salıram. Mən fəxr edirəm, qürur hissi duyuram ki, mənim oğlum Azərbaycanın ordu sıralarında xidmət edəcək".

Fərid Vəliyev - çağırışçı: "Bu gün mən sevinirəm ki, Azərbaycan respublikasına xidmətə gedirəm. Öz Vətənimi layiqincə qoruyacağıma söz verirəm".

Mehbarə Həsənova - valideyn: "Fəxr edirəm ki, mənim də oğlum hərbi xidmətə gedəcək, Vətənə olan borcunu yerinə yetirib geri qayıdacaq. Başda oğlum olmaqla bütün əsgərlərə üzü ağ, başı uca evlərinə qayıtmalarını arzu edirəm"

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Vətənə xidmət müqəddəs borcdur (FOTO)
  • Məqalədə:
  • həqiqi hərbi xidmətə çağırış
  • Gəncə
Digər xəbərlər
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib (FOTO/VİDEO)
Siyasət 9 Dekabr 17:50
Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü
Cəmiyyət 9 Dekabr 14:50
Gəncədə ailə faciəsi: bir ailənin 4 üzvü dəm qazından boğuldu
Hadisə 9 Dekabr 10:25
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər (FOTO)
Cəmiyyət 7 Dekabr 13:30
Gəncədə 10 mindən artıq ağac əkilib (FOTO)
Cəmiyyət 6 Dekabr 15:14
Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır - Naqif Həmzəyev
Siyasət 6 Dekabr 14:10
Xəbər lenti
Bu şəxslərə Prezidentin aylıq təqaüdü elektron qaydada aparılacaq
Cəmiyyət 11:20
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)
Hadisə 11:17
Komitə sədri: Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən qrupların baş qaldırmasının qarşısı alınıb
Siyasət 11:17
Nazir müavini: Yüngül hasil oluna bilən neft yataqlarının olmaması alternativ enerji mənbələrindən isifadəni zəruri edir
Energetika 11:02
Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi
Gündəm 11:01
DSX hava limanında yeni elektron qapılar quraşdırıb - Kimlər istifadə edə biləcək? (FOTO)
Cəmiyyət 10:57
Bu il 39 hakim cəzalandırılıb, 6 hakim işdən çıxarılıb
Cəmiyyət 10:52
"Eurohome"dakı yanğında 9 nəfər zəhərləndi, 3 nəfər xəstəxanaya yerləşdirildi
Cəmiyyət 10:49
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
İqtisadiyyat 10:46
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)

Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)

İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..."
650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri