...

Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi olub

Cəmiyyət Materials 12 Aprel 2014 11:17 (UTC +04:00)
Bu gün akademik Zərifə Əliyeva adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.
Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi olub

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu gün akademik Zərifə Əliyeva adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş inşa müsabiqəsi artıq 8-ci dəfədir təşkil olunur. Builki inşa yazı müsabiqəsi Azərbaycan Respublikası təhsil nazirinin 26 fevral 2014-cü il tarixli, 229 nömrəli əmrinə müvafiq olaraq keçirilir. Müsabiqənin təşkilatçıları Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

A.Əhmədov deyib ki, müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşdırılıb. İnşa müsabiqəsində ölkəmizin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 17 min nəfərdən artıq şagird iştirak edib. Respublika mərhələsi iştirakçılarının ümumi sayı 121 nəfərdir. Onlardan 10 nəfəri VIII, 29-u IX, 29-u X, 28-i XI sinif şagirdidir. İlk peşə-ixtisas təhsili müəssisələrini 15 nəfər, orta ixtisas məktəblərini isə 10 nəfər təmsil edir. Respublika mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. Onların inşa yazıları isə kitab şəklində çap ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti