...

Azərbaycanda hotel xidmətlərindən daha çox istifadə edən turistlərin ölkələrinin adları açıqlanıb

Cəmiyyət Materials 15 Aprel 2014 11:35 (UTC +04:00)
Azərbaycandakı mehmanxana və mehmanxana tipli obyektlərin xidmətlərindən istifadə edən Rusiya, ABŞ, Gürcüstan, Fransa, Hindistan, İsveç, İtaliya Türkiyə, İran, Niderland, Kanada, Norveç, Ukrayna, Qazaxıstan və Ruminiya vətəndaşlarının sayı daha çox artıb.
Azərbaycanda hotel xidmətlərindən daha çox istifadə edən turistlərin ölkələrinin adları açıqlanıb

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycandakı mehmanxana və mehmanxana tipli obyektlərin xidmətlərindən istifadə edən Rusiya, ABŞ, Gürcüstan, Fransa, Hindistan, İsveç, İtaliya Türkiyə, İran, Niderland, Kanada, Norveç, Ukrayna, Qazaxıstan və Ruminiya vətəndaşlarının sayı daha çox artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki illə müqayisdə 2013-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 6,6 faiz artaraq 666,3 min nəfər olub. Onların da 59,3 faizi xarici ölkə vətəndaşlarıdır.

Ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi xarici turistlərin sayına müsbət təsir göstərib. Nəticədə yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayında 6,3 faiz artım qeydə alınıb. Yollayışla gələn turistlərin sayı 86,9 min nəfər olmaqla yerləşdirilmiş şəxslərin ümumi sayının 13 faizini təşkil edib.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə xidmətindən istifadə edənlərin əsas hissəsi (82,1 faizi) turizm məqsədilə səfər edənlər olub. Turistlərin 41,4 faizi istirahət və əyləncə, 42,6 faizi işgüzar məqsədlə, qalanları isə digər turizm məqsədilə səfər edib. İstirahət və əyləncə məqsədilə Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası , Xaçmaz, Quba, Qəbəb, Şəki, Şamaxı, Balakən, Mingəçevir, Masallı, Lənkəran, İsmayıllı, Lerik və Abşeron rayonlarına (şəhərinə) səfər edən turistlərin sayı digər şəhər və rayonlara səyahət edənlərin sayından daha çox olub. Turizm məqsədib səfər edən Azərbaycan vətəndaşlarının 43,8 faizi Bakı şəhərinin sakinləri olub.

2013-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə 395,5 min nəfər xarici ölkə vətəndaşı gecələyib. Onların əsas hissəsini Rusiya, Böyük Britaniya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Almaniya, İran, Ukrayna, Gürcüstan, Fransa, Çin, İtaliya və Qazaxıstan vətəndaşları təşkil edib.

Mehmanxanalarda gecələyən əcnəbilərin 79,1 faizi ölkəmizə turizm məqsədilə səfər ediblər. Əvvəlki illə müqayisədə bu müəssisələrin xidmətlərindən istifadə edən Rusiya, ABŞ, Gürcüstan, Fransa, Hindistan, İsveç, İtaliya Türkiyə, İran, Niderland, Kanada, Norveç, Ukrayna, Qazaxıstan və Ruminiya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti