...

"Azərduz" markası masazırlı duz tədarükçülərinin övladlarına qayğı ilə yanaşır (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2014 15:43 (UTC +04:00)
Duz tədarükçülərinin övladları Heydər Əliyev Mərkəzində oldular.
"Azərduz" markası masazırlı duz tədarükçülərinin övladlarına qayğı ilə yanaşır (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Masazır Duz Zavodunun fəaliyyətə başlaması Azərbaycanda duz istehsalı sənayesinə böyük dəstək verdi və qısa bir zaman ərzində burada əldə olunan duzun ölkəmizin sərhədlərindən kənara da ixrac edilməsinə nail oldu. Zavodun fəaliyyəti əvvəllər göldən duz çıxaran Masazır kənd sakinlərinin sosial-rifah halına yaxşı mənada öz təsirini göstərib.

Duz çıxaran kənd sakinlərinin övladlarını da diqqətdən kənarda qoymayan "Azərduz" marka heyəti kənd sakinlərinin övladlarının maariflənməsi istiqamətində layihələrə başladı. Belə ki, uşaqların dünyanın memarlıq incisi sayılan Heydər Əliyev Mərkəzinə ekskuriyası təşkil olundu. Layihə çərçivəsində mərkəzlə tanış olan uşaqlar mərkəzdə nümayiş olunan sərgiləri maraqla izləyərək yeni məlumatlar əldə etdilər.

Qeyd edək ki, Masazır Duz Zavodunda istehsal edilən məhsullar istehlakçılar tərəfindən böyük rəğbət qazanıb və bazarda əcnəbi məhsul adı altında satılan duzlardan dəfələrlə keyfiyyətli olduğunu nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti