...

Azərbaycanda hemofiliyalı xəstələrin 350 nəfəri 18 yaşına qədər olan uşaqdır

Cəmiyyət Materials 15 Aprel 2014 17:29 (UTC +04:00)
Azərbaycandakı 1500-ə yaxın hemofiliyalı xəstənin 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib.
Azərbaycanda hemofiliyalı xəstələrin 350 nəfəri 18 yaşına qədər olan uşaqdır

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycandakı 1500-ə yaxın hemofiliyalı xəstənin 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib.

O, qeyd edib ki, xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.

Assosiasiya prezidenti bildirib ki, Azərbaycanda hemofiliyadan əziyyət çəkən insanların xəstəliklərinin müalicəsi üçün dərman preparatı - qanın laxtalanması üçün faktor konsentratı çatışmır. Buna görə də qurum hökumətə Azərbaycanda hemofiliyalı xəstələrə verilən bu preparatın həcminin artırılmasını təklif etməyi planlaşdırır.

H.Hüseynova deyib ki, beynəlxalq standartlara görə, vahidlə hesablanan bu dərman ölkə əhalisinin sayına uyğun olaraq müəyyənləşir: "Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bir ölkədə nə qədər əhali yaşayırsa, hemofiliyalı xəstələr üçün də o saya uyğun dərman preparatları alınmalıdr. Azərbaycanda bu preparat adambaşına 2 vahid alınır. Ancaq Rusiyada adambaşına 12, Macarıstanda 6 vahid alınır. Biz təklif edirik ki, bizdə heç olmasa, adambaşına 4 vahid alınsın. Çünki dərmanlar çatışmır".

Assosiasiya prezidenti əlavə edib ki, Azərbaycanda alınan dərmanların həcmi az olduğundan profilaktik müalicə işlərinin aparılması mümkün olmur, regionlarda yaşayan xəstələrə çox az sayda dərman verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti