...

Bakı və Sumqayıtda 16 minə yaxın XI sinif şagirdi monitorinq imtahanı verəcək

Cəmiyyət Materials 21 Aprel 2014 17:39 (UTC +04:00)
Bakı və Sumqayıtda 15 698 XI sinif şagirdi monitorinq imtahanı verəcək.
Bakı və Sumqayıtda 16 minə yaxın XI sinif şagirdi monitorinq imtahanı verəcək

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bakı və Sumqayıtda 15 698 XI sinif şagirdi monitorinq imtahanı verəcək.

Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına iştinadən verdiyi məlumata görə, aprelin 22, 23 və 24-də Bakı və Sumqayıt şəhərlərində XI sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək. İmtahanlar 280 məktəbdə təşkil olunacaq.

İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq.

Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti