Azərbaycan, Bakı, 23 aprel/ Trend, müxbir S.Əhmədova/
Aprelin 23-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Qəzetin yeni sayında oxucular Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri, Azərbaycan və Rusiya arasında hərbi sahədə əməkdaşlıq, Ermənistanın ac gələcəyi, Bakıda müvəqqəti parkinqlərin yaradılacağı, dünya şöhrətli skripkaçı İtzhak Perlmanın Bakıda keçiriləcək konserti və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.