...

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2014 10:37 (UTC +04:00)
Aprelin 22-də müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə rayon məktəbliləri arasında “breyn-rinq” intellektual yarış keçirib.
Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Aprelin 22-də müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə rayon məktəbliləri arasında "breyn-rinq" intellektual yarış keçirib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycanda müasir, müstəqil və demokratik dövlətin qurulmasında, onun inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, qazanılmış uğurlardan danışıb.
Sədaqət Vəliyeva bildirib ki, müstəqil Azərbaycanın uğurları Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Onun siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib.
Deputat vurğulayıb ki, müstəqil Azərbaycan Ümummilli lideri Heydər Əliyevin şah əsəridir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.

Sədaqət Vəliyeva qeyd edib ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən YAP-ın Sədri, Prezident İlham Əliyevin əsas məqsədi ölkədə intellektual və kreativ gənclər ordusunu formalaşdırmaqdır.

Millət vəkili bir daha xatırladıb ki, bu cür intellektual yarışların keçirilməsində də məqsəd dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır.

Sonra YAP Nizami rayon təşkilatının Heydər Əliyev Muzeyində yarışa start verilib.

Yarışda rayonun 12, 61, 229, 238, 328 saylı orta məktəblərin, 70 saylı, "Zəngi" və 4 nömrəli Bakı Peşə Litseylərinin, Bakı Qida Sənayesi və Bakı Texniki kolleclərin komandaları iştirak edib.
Üç turdan ibarət yarışda iştirakçılara Ümummilli lider Heydər Əliyevin həyat və faəliyyətinə dair 30 sual verilib. Lakin komandalar arasında rəqabət güclü olduğundan əlavə suallar da səsləndirilib. Yalnız bundan sonra birinci, ikinci və üçüncü yerin qalibləri müəyyənləşdirilib.

Yarışın qalibi 328 saylı orta məktəbin şagirdləri olub, ikinci və üçüncü yerləri isə müvafiq olaraq, 70 saylı və "Zəngi" litseylərinin komandaları bölüşdürüblər.

Sonda qalib komandaların üzvləri diplom və xatirə hədiyyələrilə təltif ediliblər.

Aprelin 23 və 24-də şahmat və karate idman yarışları üzrə turnirlər keçirilib. Turnirlərdə 130-dək idmançı iştirak edib. Gərgin və maraqlı keçən yarışmalarda I, II və III yerin qalibləri müəyyənləşdirilib.
Sonda qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti