...

Penitensiar xidmətin Baş idarəsində avtomat silahdan atəş hazırlığı üzrə ilk məşğələ keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2014 15:52 (UTC +04:00)
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Penitensiar xidmətinin Mühafizə Alayı mütəxəssislərinin iştirakı ilə Baş idarə əməkdaşlarının atəş hazırlığı üzrə məşğələsi keçirilib.
Penitensiar xidmətin Baş idarəsində avtomat silahdan atəş hazırlığı üzrə ilk məşğələ keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşlarının peşə hazırlıqlarının təmin olunması, müəyyən olunmuş normativlərə riayət etmələrinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq fiziki və sıra hazırlığı ilə yanaşı atəş hazırlığı üzrə də məşğələlər keçirilir.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Penitensiar xidmətinin Mühafizə Alayı mütəxəssislərinin iştirakı ilə Baş idarə əməkdaşlarının atəş hazırlığı üzrə məşğələsi keçirilib.

İlk dəfə olaraq avtomat silahdan atəş hazırlığına həsr olunan məşğələ təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla müvəffəqiyyətlə başa çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti