...

Dnepropetrovskidən Bakıya birbaşa təyyarə reysi açılır

Cəmiyyət Materials 5 May 2014 21:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Mehdiyev/

Mayın 17-də Dnepropetrovsk vilayətindən Bakı şəhərinə birbaşa yeni təyyarə reysi açılacaq. Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı mürüciətinə əsasən açılan Dnepropetrovsk -Bakı, Bakı-Dnepropetrovsk təyyarə reysini "Dniproavia" kompaniyası həyata keçirəcək.

Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyevin Trend-ə verdiyi məlumata görə yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş -gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.

Onun sözlərinə görə, Dnepropetrovsk-Bakı təyyarə reysi həmçinin Xarkov, Zaporojye, Donetsk, Poltava vilayətlərində yaşayan minlərlə soydaşlarımıza da xidmət edəcək.

Dnepropetrovsk--Bakı-Dnepropetrovsk təyyarə reysi ilkin olaraq uçuşlarını may ayının 17-dən başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 10:15-də Dnepropetrovsk şəhərindən, 15:45-də isə Bakıdan həyata keçirəcək. Biletlərin qiyməti də sərnişinlərin istəyinə uyğundur. Belə ki, Dnepropetrovski-Bakı, Bakı-Dnepropetrovsk reysinin qiyməti 4 min qrivna(350$) təşkil edəcək.

"Dniproavia" kompaniyası əlavə olaraq 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərə 25 faiz güzəştli biletlət satacaq.

Kompaniya sərnişinlərin tələbinə uyğun olaraq iyun ayından etibarən reysin sayını həftədə 2 dəfəyə qaldırmağıda nəzərdə tutub. Gələcəkdə Xarkov-Bakı təyyarə reysinin açılmasıda "Dniproavia" kompaniyasının planına daxildir.

Xəbər lenti

Xəbər lenti