...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 7 May 2014 10:35 (UTC +04:00)
Mayın 7-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 7-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular bu həftə Bakıda keçiriləcək "Qız qalası" beynəlxalq incəsənət festivalı, Azərbaycan hökumətinin reproduktiv sağlamlıq haqqında qanunu inkişaf etdirməsi, ikili standartların Ermənistanı beynəlxalq normalara məhəl qoymamağa təşviq etməsi, xarici investorların Ermənistana marağının azalması, İranın nüvə proqramı üzrə keçirilən danışıqların gələcəyi haqqında ekspert rəyləri, Bakıda dünyanın ən iri qısametrajlı film festivalının yeni Yaz toplusunun nümayişi və digər məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti