Azərbaycan, Bakı, 12 may /Trend/
Ermənistanda iş adamlarının böyük əksəriyyəti dövlət orqanlarına etibar etmir və hesab edir ki, məmurlar ödənilən vergilərdən hər şeydən əvvəl öz şəxsi məqsədləri üçün istifadə edirlər. Trend "Armenia Today"ə istinadən xəbər verir ki, bu məlumatlar ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Qafqaz Resursların Araşdırılması Mərkəzi tərəfindən hazırlanmış araşdırmada əksini tapıb.
Məruzədə təsdiqlənir ki, vergi ödəyicilərin 58 faizi, başqa sözləŞ iş adamları Ermənistan prezidentinə etibar etmirlər. Yeri gəlmişkən, ona tamamilə və qismən yalnız 26 faiz etibar edir. Yerdə qalanlar isə neytral cavab verib.
Sahibkarların əksəriyyəti parlamentə və hökumətə, vergi ödəyicilərin böyük əksəriyyəti isə vergi və gömrük xidmətlərinə, məhkəmə sisteminə inanmır.
Məruzədə sahibkarların hökumətin vergilərin ödənilməsi nəticəsində yaranan vəsaitlərdən hər şeydən əvvəl şəxsi məqsədlər, sonra ordunun ehtiyacları üçün, daha sonra isə təqaüd fondu üçün istifadə etdiyinə əmin olduqlarını göstərir.