...

Bakıda hava nisbətən sərinləşəcək, şimal küləyi əsəcək

Cəmiyyət Materials 13 May 2014 12:52 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-19, gündüz 21-26 dərəcə isti olacaq.
Bakıda hava nisbətən sərinləşəcək, şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah paytaxt Bakıda havanın temperaturu 5-6 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, mayın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-19, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti