...

"Təmiz Şəhər" və ADA Universiteti növbəti birgə layihəyə başlayıb

Cəmiyyət Materials 13 May 2014 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Bu gün "Təmiz Şəhər" ASC və ADA Universiteti "İkinci həyat" ekoloji və sosial layihəyə start veriblər.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həm tullantıların azaldılması, həm də xeyriyyəçilik cəhətdən vacib olan bu layihənin məqsədi ətraf mühitin mühafizəsi sahəsinə hər zaman diqqət yetirən və "yaşıl siyasət"i ilə fərqlənən tədris müəssisəsində təhsil alan tələbələrə sosial məsuliyyət aşılamaqdır. Belə ki, layihə tələbələr tərəfindən istifadə edilməyən geyim və əşyaların toplanmasını və ehtiyacı olan gənclərə ötürülməsini, bununla da bu əşyalara ikinci həyatın bəxş edilməsini nəzərdə tutur.

Layihə çərçivəsində universitet ərazisi və tədris binalarında yığım məntəqələri quraşdırılıb. Mayın 31-dək davam edəcək layihə çərçivəsində toplanan bütün geyim və əşyalar Gənclərin Güvənc Körpüsü Şəbəkəsi vasitəsilə ehtiyacı olan gənclərə hədiyyə ediləcək.

Qeyd edək ki, 25 sentyabr 2013-cü il tarixindən etibarən "Təmiz Şəhər" ASC və ADA Universiteti bərk məişət tullantılarının çeşidlənmiş şəkildə yığılması və daşınması üzrə birgə layihə həyata keçirir. Layihənin əsas məqsədi tələbələrə tullantıların çeşidlənmiş şəkildə toplanması, bu işin səmərəliliyini və "yaşıl düşüncə" prinsipinin aşılanmasıdır. Layihə çərçivəsində tədris müəssisəsində tullantıların üç növü - sərinləşdirici içki qabları, kağız-karton və qarışıq tullantılar üzrə müxtəlif işarəli konteynerlər quraşdırılıb, təşviqat materialları hazırlanıb və müxtəlif ekoloji layihələr icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti