...

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul planı artıb

Cəmiyyət Materials 15 May 2014 12:15 (UTC +04:00)
Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların siyahısı dərc olunub.
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul planı artıb

Azərbaycan, Bakı, 15 may /Trend/

Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların siyahısı dərc olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, komissiya "Abituriyent" jurnalının 4-cü sayını nəşr edərək abituriyentlərin istifadəsinə verib. Jurnalda 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu təqdim olunub.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq.

Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların 2013 və 2014-cü illər üzrə müqayisəli sayı:

İxtisas

qrupu

Qəbul planı (illər üzrə)

2013

2014

fərq

sayı

%-lə

I

11596

12052

456

+3.93

II

10094

10969

875

+8.67

III

10397

10453

56

+0.54

IV

4450

4482

32

+0.72

CƏMİ

36537

37956

1419

+3.88

Məqalədə:
Xəbər lenti

Xəbər lenti