...

Bakı sürücüləri daha intizamlı olmağa başlayıblar

Cəmiyyət Materials 16 May 2014 12:58 (UTC +04:00)
Bakı yol polisi sürücülərin qanun-qaydalara riayət etməsi hallarının çoxaldığını qeyd edib.
Bakı sürücüləri daha intizamlı olmağa başlayıblar

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/

Bakı yol polisi sürücülərin qanun-qaydalara riayət etməsi hallarının çoxaldığını qeyd edib.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bakı şəhər ərazisində dayanma, durma, parklama qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən aparlan tədbirlər davam etdirilir: "Görülən inzibati tədbirlər artıq öz nəticəsini göstərir və bu kimi qayda pozuntularının sayı azalmaq üzrədir. Əvvəllər gün ərzində dayanma, durma, parklama qaydalarının pozulması ilə bağlı sürücülərə və avtomobil sahiblərində 300 inzibati protokol tərtib edilibsə, indi bu rəqəm 150-yə enib".

Onun sözlərinə görə, düzgün park edilməyən avtomobillər evakuasiya edilir: "Bort-kompüterlər vasitəsilə fotomaterial hazırlanır və yaxud yerindəcə sürücülərə inzibati qaydada protokol tərtib edilir. Artıq hiss olunur ki, sürücülər qanun-qaydalara riayət edilməsinə ciddi yanaşmağa başlayıblar. Görünür, yazılmış çoxsaylı inzibati protokollar və cərimələr istər-istəməz onların ailə büdcəsinə mənfi təsir edir. Onlar qanuni duracaqlardan istifadə edirlər ki, bu da çox müsbət haldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti