...

Azərbaycan sinoptikləri əhalini qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 19 May 2014 12:44 (UTC +04:00)
Yaxın iki gün ərzində Azərbaycanda hava şəraiti nisbətən sərin olacaq, Bakıda temperatur ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.
Azərbaycan sinoptikləri əhalini qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gün ərzində Azərbaycanda hava şəraiti nisbətən sərin olacaq, Bakıda temperatur ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.

Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 32 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişiləcək. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Yağış yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.

Mayın 20-də Azərbaycanın bölgələrində qərb rayonlarından başlayaraq şimşək caxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun yaydığı press-relizdə qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraitindən sonra mayın 20-də qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, mayın 23-dək qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti