Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/
Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyicilərin iştirakı ilə hərbi oyunlar keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 19-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında şərti "Tufan-2014" adlı hərbi oyunlar başlanıb.
Virtual təlimlərə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabit və müəllim heyəti, təhsil alan zabit və mülki dinləyicilər cəlb edilib.
Keçirilən hərbi oynunların məqsədi strateji və taktiki səviyyələrdə əməliyyatların planlaşdırılması və icra edilməsi təcrübəsinin dinləyicilərə çatdırılması, verilən tapşırıqlara əsasən qərarların vaxtında qəbul edilməsi prosesinin öyrənilməsidir.
Hərbi oyunlar mayın 23-dək davam edəcək.