...

Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun yubileyi qeyd edilib

Cəmiyyət Materials 21 May 2014 17:14 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun 60 illik yubileyi qeyd edilib.
Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun yubileyi qeyd edilib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun 60 illik yubileyi qeyd edilib.

Trend-in xəbər verir ki, Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Milli Qəhrəmanların yubileylərinin qeyd olunması artıq ənənə halını alıb.

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Milli Qəhrəman Şikar Şikarovun anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçılarına Şikar Şikarovun həyat və fəaliyyətinə həsr edilən sərgi təqdim olunub. Sonra tədbir muzeyin konfrans zalında qəhrəmanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Tədbiri açıq elan edən muzeyin rəisi, ehtiyyatda olan polkovnik Sahib Qarayev məruzə ilə çıxış edib.

Daha sonra Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Təminat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov, qəhrəmanın oğlu Tofiq Şikarov, həmçinin Milli Qəhrəman Şikar Şikarovu yaxından tanıyan dostları, xidmət yoldaşları çıxış edərək onunla bağlı xatirələrini təbir iştirakçıları ilə bölüşüb və qəhrəmanlığından danışıblar.

Tədbirdə xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının, kütləvi informasiya vasitələrinin, digər idarə və müəssisələrin nümayəndələri də iştirak edib.

Sonda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şikar Şikarova həsr olunmuş sənədli film nümayiş edilib.

Xatırladaq edək ki, 2 həftə öncə Milli Qəhrəman Albert Aqarunovun da doğum günü geniş şəkildə qeyd edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti