ƏƏSMN Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini yaxın aylarda həyata keçirəcək

ƏƏSMN Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini yaxın aylarda həyata keçirəcək

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas olan digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə ötən ilin dekabr ayı da daxil olmaqla son 6 ayda ümumilikdə 9 Fərman və Sərəncam imzalanıb. Bu sənədlər şamil olunduqları əhali qruplarına dair dövlət təminatı mexanizminin daha səmərəli və çevik xarakter almasına, onlara dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına səbəb olub.

"Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 2012-ci il 2 iyul tarixli Sərəncamda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamı 2014-cü ilədək tibbi göstəriş əsasında növbədə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin xüsusi avtonəqliyyatla tam təminatını nəzərdə tutur. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan əlavə olaraq 5 milyon manat ayrılıb və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ilin aprel-may aylarında Sərəncamın icrası uğurla başa çatdırılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət başçısının "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 30 aprel 2014-cü il tarixli Sərəncamı isə növbədə olan digər kateqoriyadan olan əlillərin də avtomobillə tam təmin olunmasına imkan yaradıb. Bununla bağlı olaraq, ƏƏSMN tərəfindən 2014-cü ilin 01 yanvar tarixinə növbədə olan bu qəbildən olan şəxslərin də yaxın aylarda avtonəqliyyatla tam təminatı həyata keçiriləcək.

"1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli Sərəncamında dəyişikliklər edilməsi barədə" 23 dekabr 2013-cü il tarixli Sərəncam qeyd olunan şəxslərə diqqət və qayğının daim artdığını göstərir. Belə ki, Sərəncama əsasən, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə də cari ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə başlanıb.

Ölkə rəhbəri tərəfindən 27 dekabr 2013-cü il tarixdə imzalanan "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında" Fərman isə respublikada demoqrafik inkişafın stimullaşdırılması və çoxuşaqlı ailələrin dəstəklənməsi yönündə daha bir addımdır. Fərmana uyğun olaraq, beşdən çox uşağı olan qadınların ümumilikdə 5300 nəfərdən çox uşağının hər birinə görə ayda 30 manat müavinət ödənilir.

Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü mütəmadi olaraq artırılır. Dövlət başçısının "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə" 17 mart 2014-cü il tarixli Fərmanı həmin təqaüdlərin məbləğində növbəti dəfə və əhəmiyyətli şəkildə artımlar edilməsinə səbəb olub. Belə ki, Fərmanın şamil olunduğu şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb.

Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli daha bir Fərmanı isə əksəriyyəti əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranları olan şəxslərin aylıq sosial müavinətinin məbləğinin cari ilin 01 aprelindən 21,6 faiz artırılmasını təmin edib.

"Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanı qeyd olunan şəxslərin maddi təminatının yaxşılaşdırılmasında mühüm addım olub. Fərmanla həmin şəxslərə 67 manat aylıq sosial müavinətdən əlavə, 01 aprel 2014-cü il tarixdən 60 manat məbləğində Prezident təqaüdünün təyin olunmasına da başlanıb. Bununla həmin şəxslərə dövlət tərəfindən ödənilən məbləğ 127 manata (67 manat+60 manat) çatdırılmaqla yaşayış minimumunu üstələyib.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında" 18 mart 2014-cü il tarixli Sərəncamı ölkədə yeni təminat növünün formalaşmasını şərtləndirir.

Sərəncama əsasən, qeyd olunan təbəqələrdən olan və respublikanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqların təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Eyni zamanda, Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli " 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" Sərəncamı ilə BVM iştirakçılarına, "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də 2014-cü il may ayının 1-dən 81,8 faiz artırılıb.

Göründüyü kimi, son 6 ayda imzalanan Fərman və Sərəncamlar ümumən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində ciddi irəliləyişləri təmin etməklə sosial cəhətdən həssas əhali qruplarına Prezident qayğısının daim artmaqda olduğunu bir daha sübut edir.

İran Azərbaycanın azad edilmiş ərazilərində turizmin inkişafında maraqlıdır
İran Azərbaycanın azad edilmiş ərazilərində turizmin inkişafında maraqlıdır
“Summer Tour”dan sərfəli təklif: Türkiyənin məşhur kurortlarına səyahət paketi cəmi 399 dollar
“Summer Tour”dan sərfəli təklif: Türkiyənin məşhur kurortlarına səyahət paketi cəmi 399 dollar
Bu il Azərbaycana gələn xaricilərin sayı artacaq - Ekspert
Bu il Azərbaycana gələn xaricilərin sayı artacaq - Ekspert
Loading Bars
Xəbər lenti
İranda prezident seçkiləri keçirilir
Almaniya Senegala peyvənd istehsalı üçün 20 milyon avro ayırmaq niyyətindədir
Bayden quldarlığın ləğvi gününü federal bayram və istirahət günü edib
Yunan-Roma güləşçilərimizin Avropa çempionatında rəqibləri müəyyənləşib
Sloveniyada 2020-ci ilin oktyabrından ilk dəfə son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb
ABŞ-da atışma olub, 9 nəfər yaralanıb
Rusiyanın şərqində zəlzələ qeydə alınıb
Moderna Kanadaya peyvənd tədarükünü 8,5 milyon doza qədər artıracaq
Siyəzəndə 70 hektardan çox ərazidə baş verən yanğın söndürülüb
Azərbaycan səfiri Meksikanın dövlət televiziyasında erməni vandalizmi barəsində danışıb (FOTO)
AVRO-2020: Niderland yığması Avstriyaya komandasına qalib gələrək 1/8 finala yüksəlib
Bərdədə kombayn yanıb
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
Bakıda Gülüstan Sarayının yaxınlığında yanğın olub
Nicat Abasov şahmat üzrə "Masters" turnirində daha bir qələbə qazanıb
"Petkim" STAR neft emalı zavodundan daxil olan 2 milyon tondan çox xammaldan istifadə edir
Almaniyada odlu silahdan atəş açan şəxs saxlanılıb
Xaçmazda çay evi yanıb
Türkiyədə son sutkada koronavirusdan 4 143 nəfər sağalıb
AVRO-2020: Belçika 1/8 finala çıxdı
Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi (FOTO/VİDEO)
Masazırda şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi (FOTO)
Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir
Azərbaycan İƏT ailəsinin fəal üzvü kimi: Təşkilat ölkəmizə mənəvi və siyasi dəstəyini davam etdirir
Kocaeli Ticarət Palatası idarə heyətinin sədri MÜSİAD Azərbaycanı ziyarət edib (FOTO)
Azərbaycanda ixtira edilən 4 yeni kartof sortu fermerlərə təqdim olunacaq
"Cənub Qaz Dəhlizi"nin gücünün 20 faizi hidrogen nəqli üçün istifadə oluna bilər
USAİD Astara və Yardımlıda infrastrukturun yaxşılaşdırılmasında vətəndaş iştirakçılığına dəstək göstərir (FOTO)
6-lıq formatı bölgəyə sabitlik və inkişaf gətirə bilər - Politoloq
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
Azərbaycanın İƏT ilə əlaqələri yüksək dinamika üzərindən irəliləməkdədir - Deputat
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib (FOTO)
Həqiqətlərin təbliği və ölkəmizin tanıdılması Barselonadakı erməni icmasını və Ermənistan səfirini qıcıqlandırıb
Xaçmazda yanğının söndürülməsinə helikopter cəlb olundu - FHN (ƏLAVƏ OLUNUB)
NATO proqramları çərçivəsində Azərbaycan-Latviya hərbi əməkdaşlığı müzakirə edilib
Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işin tezliklə başlamasını dəstəkləyir - Zaxarova
Ağdamda itkin düşərək minaya düşən şəxsin meyiti ailəsinə təhvil verilib
Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğulub
Azərbaycan HHQ-nin nümayəndələri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək
Rusiya XİN mina xəritələrinin təhvil verilməsi probleminin həllini vacib hesab edir - Zaxarova
ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi “GCRF-COMPASS” layihəsi çərçivəsində onlayn konfrans keçirib (FOTO)
Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova
Bakıda ağacları kəsən şəxs cəzalandırılıb
Azərbaycan 2021-ci ildə dayanıqlı inkişafa görə regionun lideridir
Azərbaycanlı jurnalist Fransa mediasında Şuşa bəyannaməsindən yazdı (FOTO)
Xəzər rayonunda şəhid ailəsi ziyarət edilib (FOTO)
Bakıda tanışını öldürüb küçəyə atan şəxsin işi məhkəməyə göndərildi
Keçmiş məhkum avtomatla yaxalandı (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur
Son 5 ayda 183 min şəxsə sosial təminat üzrə ödənişlər e-qaydada təyin edilib
Şuşa Bəyannaməsi regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir - Piter Teys
Peşə təhsili üzrə “Dərs vaxtı”nın iyunun 18-nə olan cədvəli
Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil - Ərdoğan
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aİ "Azərbaycanın uzunmüddətli enerji inkişafı strategiyası"nı hazırlayır
AHİK İcraiyyə Komitəsi Şuşa Bəyannaməsi ilə bağlı bəyanat yayıb
“PAŞA Bank” əlilliyi olan şəxslərin peşəkar inkişafına dəstək verir (FOTO)
Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Bakıda daha bir küçə təmir edilir (FOTO)
"Buta Airways" Alanya istiqamətində uçuşların sayını artırır
Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayı 165 mini ötüb
Bu günə qədər 971 min tondan çox taxıl yığılıb (FOTO)
Bu tədris ilində təhsil müəssisələrinə işə qəbul olunan müəllimlərin sayı açıqlanıb
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
Cəlilabadda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi (FOTO)
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılacaq (FOTO)
FHN qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir
Xəzər rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb (FOTO)
Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycan İlahiyyat İnstitutunun “Sənədlər toplusu” kitabı nəşr edilib
Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir
Bərdədə 123 evə qaz çəkilir
22 mindən çox şagird imtahan verib (FOTO)
Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsi təmir edilir (FOTO)
Daha 24 əlilin əyani müayinəsi aparılıb
İcbari tibbi sığortaya keçən müəssisələrə daxil olan müraciətlər açıqlandı
İran Azərbaycanla münasibətlərin gələcəyinə nikbin baxır - Prezident Aparatının rəhbəri
Türkiyənin minatəmizləmə maşınları Qarabağı minalardan təmizləyir (Trend TV)
Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib (FOTO)
Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN
Daha 7 nəfərin əlillik təyinatı ləğv edilib (FOTO)
Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirilib (FOTO)
2030-cu ilədək deqradasiyaya uğramış 170 min hektar ərazinin bərpası planlaşdırılır
Göyçayda çətənə yetişdirənlər saxlanılıb (FOTO)
SOCAR və Türkiyənin neft şirkəti yataqların işlənməsində əməkdaşlıq edə bilər
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir (FOTO)
Ərdoğan Putinlə görüşəcək
Ceyhun Bayramov Türkiyəyə yola düşüb
Yeddi min hektardan çox ərazi minalardan təmizlənib (FOTO)
Neftlə çirklənmə halları ilə mübarizədə əməkdaşlıq haqqında protokol üzrə səlahiyyətli orqan müəyyən edilib - Sərəncam
Danimarka şirkəti SOCAR-la karbonsuzlaşdırma barədə müzakirələrə hazırdır
Qarabağın mobil şəbəkə ilə təmini üçün əlavə baza stansiyaları quraşdırılacaq - Baş direktor (ÖZƏL)
Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyi türkdilli ölkələrin xəbərlərini yayımlayan www.turkic.world layihəsinə qoşuldu
Gömrük Akademiyası Daşkənd Gömrük İnstitutu üçün növbəti mühazirələr təşkil edib (FOTO)
Sabah hava küləkli olacaq
Böyük Britaniyanın Azərbaycandakı biznes qrupunun nümayəndələri DGK-də olublar (FOTO)
Bu tendensiya davam edərsə, yeni yumşalmalar ola bilər – AÇIQLAMA
Əhali enerji istehlakı barədə hesabat əldə edə biləcək - YENİLİK
Laçında DSX-nın 2 hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı
Bütün xəbərlər