...

Quba səmasında naməlum uçan obyekt görünüb

Cəmiyyət Materials 26 May 2014 12:42 (UTC +04:00)
Quba səmasında naməlum uçan obyekt görünüb. Hadisə dünən gecə saat 1 radələrində qeydə alınıb.
Quba səmasında naməlum uçan obyekt görünüb

Azərbaycan, Bakı, 26 may /Trend/

Quba səmasında naməlum uçan obyekt görünüb. Hadisə dünən gecə saat 1 radələrində qeydə alınıb.

Trend-in Regional TV-yə istinadən verdiyi məlumata görə, obyekti müşahidə edən sakinlər görüntüləri telefonunun yaddaşına köçürüblər.

Gecənin qaranlığında səmada parlayan naməlum işıq görənləri heyrətə salıb. Parlaq işıq kütləsi ilk olaraq İkinci Nügədi kəndinin üzərində peyda olub.

Sakinlər hadisəni maraqla izləyiblər. İşıq kütləsi bir müddət sonra böyüyüb, sonra şaxələnib.

Qeyd edək ki, son vaxtlar Azərbaycan səmasında peyda olan belə halların sayı artıb. Oxşar hadisə bir neçə rayonda da yaşanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti