...

Azərbaycanda bayram gününün hava proqnozu açıqlandı: bəzi ərazilərdə leysan yağacaq, dolu düşəcək

Cəmiyyət Materials 26 May 2014 12:49 (UTC +04:00)
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Günorta saatlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Azərbaycanda bayram gününün hava proqnozu açıqlandı: bəzi ərazilərdə leysan yağacaq, dolu düşəcək

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Günorta saatlarında hava şəraiti əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, mayın 27-də gecə saatlarında və mayın 28-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı istisna edilmir. Lakin gün ərzində buludlu, yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Həmin günlərdə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması daxilində olacaq. Yaxın 3 gün ərzində gündüz havanın temperaturu 25-30 dərəcə isti olacaq. Gecə isə 16-20 dərəcə isti gözlənilir.

Yaxın iki gün ərzində respublikanın əsasən dağlıq və dağətəyi rayonlarında gecə və axşam saatlarında qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Aran rayonlarında havanın temperaturu gecə saatlarında 16-21, gündüz 28-33 dərəcə isti, dağlıq rayonlarda gecə 16, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti