...

Quba "Tələbə baharı"nın mərkəzi olacaq

Cəmiyyət Materials 27 May 2014 19:12 (UTC +04:00)
2006-cı ildən bu günə kimi Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Tələbə baharı” festivalının iştirakçıları arasında 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə, 2011-ci ildə “Eurovision” qalibiyyətini Azərbaycana bəxş edən Eldar Qasımov da olub.
Quba "Tələbə baharı"nın mərkəzi olacaq

Azərbaycan, Bakı, 27 may /Trend/

Mayın 28-də saat 20:00-da Azərbaycanın dilbər guşələrindən olan Quba rayonunda "Yaşıl teatr"da "Tələbə baharı" festivalının Qala konserti keçiriləcək. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2-3 aprel tarixlərdə festivalın seçim mərhələləri keçirilmiş və seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdirmişlər.

Festivalın keçirilməsində məqsəd tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biridir.

2006-cı ildən bu günə kimi Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "Tələbə baharı" festivalının iştirakçıları arasında 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə, 2011-ci ildə "Eurovision" qalibiyyətini Azərbaycana bəxş edən Eldar Qasımov da olub.

Festivalda iştirak hər bir universitetin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə və yaxud istedadlı tələbələrin arzusuna əsasən müəyyən edilir. Festivalda ali təhsil müəssisələrinin tələbələri və magistrantları, yaradıcılıq kollektivləri fərdi və ya kollektiv şəkildə iştirak edə bilərlər.

Festivalın nominasiyaları aşağıdakılardır:

Musiqi üzrə

- pop musiqisi
- xalq mahnıları
- caz musiqisi
- klassik musiqi (vokal)
- estrada musiqisi

Rəqs üzrə - milli rəqslər (kollektiv)

- müasir rəqslər (kollektiv)
- bal rəqsləri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti