...

Sabah Azərbaycanın bəzi yerlərində 35, Bakıda isə 31 dərəcəyə kimi isti olacaq

Cəmiyyət Materials 30 May 2014 12:38 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.
Sabah Azərbaycanın bəzi yerlərində 35, Bakıda isə 31 dərəcəyə kimi isti olacaq

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində 35, Bakıda isə 31 dərəcəyə kimi isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.

Mayın 31-də bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. Hava gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 23-25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti