...

Moskva tibb mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından böyük bayram təşkil edilib (FOTO)

Cəmiyyət Materials 31 May 2014 12:16 (UTC +04:00)
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Moskva səhiyyə departamentinin Uşaqlara tibbi yardım üzrə Elmi-praktiki mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından böyük bayram tədbiri təşkil edilmişdir.
Moskva tibb mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından böyük bayram təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Moskva səhiyyə departamentinin Uşaqlara tibbi yardım üzrə Elmi-praktiki mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından böyük bayram tədbiri təşkil edilmişdir.

Trend AzərTAc-a istinadən məlumat verir ki, Rusiya paytaxtının bu məşhur tibb müəssisəsində müalicə olunan uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə animasiya proqramı göstərilmişdir. Klounlar və fokusçular bayram şənliyinin qonaqlarını əyləndirirdi. Estrada artistləri əlvan şarlardan və toplardan istifadə etməklə balacalar üçün maraqlı oyunlar, sabun qovuqcüqları şousu təşkil etmişdilər. S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları tibb mərkəzinin qış bağında improvizə edilmiş səhnədə "Sehirli çiçək" adlı musiqili tamaşa göstərmişlər.

Elmi-praktiki mərkəzin direktor müavini professor Timur Şaroyev xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirərək qeyd etmişdir ki, ağır xəstəliklər keçirmiş uşaqların reabilitasiyasında hər bir təbəssüm, hər bir xoş söz dəyərlidir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları tez-tez bu müalicə müəssisəsində olurlar. Klinikanın tibbi heyəti nümayəndəliyin rəhbəri Leyla Əliyevanın buraya səfərlərini hərarətlə xatırlayırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti sonuncu dəfə elmi-praktiki mərkəzdə olarkən uşaqlara palliativ tibbi yardım sahəsində əməkdaşlıq məsələsi Mərkəzin professoru Andrey Pritıko ilə müzakirə edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti