...

Bakıda növbəti əmək yarmarkası təşkil olunacaq

Cəmiyyət Materials 5 İyun 2014 15:56 (UTC +04:00)
Bakının Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək.
Bakıda növbəti əmək yarmarkası təşkil olunacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bakının Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək.

İyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakıda növbəti əmək yarmarkası təşkil olunacaq.

Nazirlikdən Trend-ə bildiriblər ki, Bakı Tennis Akademiyasında (Binəqədi r-nu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küç., 3158/3156, "Azadlıq" metrosunun yaxınlığı) baş tutacaq tədbirdə paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçiriləcək.

Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti