...

ARDNŞ Gürcüstan MOK ilə əməkdaşlıq müqaviləsinin müddətini uzadıb

Cəmiyyət Materials 5 İyun 2014 20:17 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstan Milli Olimpiya Komitəsi (MOK) ilə əməkdaşlıq haqqında müqaviləni daha 1 il müddətinə uzadıb.
ARDNŞ Gürcüstan MOK ilə əməkdaşlıq müqaviləsinin müddətini uzadıb

Gürcüstan, Tbilisi, 5 iyun /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstan Milli Olimpiya Komitəsi (MOK) ilə əməkdaşlıq haqqında müqaviləni daha 1 il müddətinə uzadıb. Trend-in məlumatına görə, memorandumu ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin direktoru Mahir Məmmədov və Gürcüstan MOK-un prezidenti Leri Xabelov imzalayıblar.

Tərəflər qeyd ediblər ki, ARDNŞ artıq uzun illərdir müxtəlif milli idman federasiyaları ilə səmərəli əməkdaşlıq edir və Gürcüstanda idmanın inkişafına öz töhfəsini verir. ARDNŞ artıq bir ildir Gürcüstan MOK-un rəsmi sponsurudur.

Gürcüstan MOK-dan bildiriblər ki, bu dövr ərzində Şirkət Olimpiya proqramları və layihələrinin maliyyələşdirilməsində, Olimpiya hərəkatının irəliləməsində olduqca böyük rol oynayıb.

M.Məmmədov deyib: "Biz Gürcüstan idmanını maksimum dəstəkləmək istəyirik. Yəqin bilirsiniz ki, biz bir neçə federasiyanın tərəfdaşıyıq. Olimpiya Komitəsi ilə əməkdaşlıq bizim üçün böyük fəxrdir".

L.Xabelov bildirib: "Biz Gürcüstan idmanının inkişafına dəstək verən Şirkətə minnətdarıq. Onun köməyi sayəsində biz bir neçə vacib layihə həyata keçirdik. MOK-un 25 illik yubileyi yaxınlaşır və bizim planlaşdırdığımız bir çox şey var. Şadam ki, ARDNŞ bizə kömək edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti