...

Təhsil Nazirliyi "Bakıeletrikşəbəkə" ASC-nin Tədris Mərkəzinə lisenziya verib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2014 11:46 (UTC +04:00)
Təhsil Nazirliyi tərəfindən təqdim edilən lisenziya isə bundan sonra Mərkəzin məzunlarına təqdim ediləcək diplomların bütün respublika üzrə tanınmasına imkan verəcək.
Təhsil Nazirliyi "Bakıeletrikşəbəkə" ASC-nin Tədris Mərkəzinə lisenziya verib (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Təhsil Nazirliyi "Bakıeletrikşəbəkə" ASC-nin müraciəti əsasında bu qurumun Tədris Mərkəzinə ixtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqamətləri üzrə əlavə təhsil fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verib.

Trend xəbər verir ki, adıçəkilən lisenziyanı bu gün təhsil naziri Mikayıl Cabbarov "Bakıeletrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevə "Eleketroenergetikada kadr problemləri - Gələcəyə baxış" adlı konfransının açılışında təqdim edib. "Bakıeletrikşəbəkə" ASC-nin Tədris Mərkəzinə lisenziyanın verilməsi ilə bağlı Təhsil Nazirliyi və "Bakıeletrikşəbəkə" ASC arasında memorandum imzalanıb.

"Bakıeletrikşəbəkə" ASC-də keçirilən konfrasda bildirilib ki, "Bakıeletrikşəbəkə" ASC-nin 2012-ci ildə yaradılmış Tədris Mərkəzində elektroenergetika sahəsi üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanır və Səhmdar Cəmiyyətdə çalışan əməkdaşların peşə hazırlığı artırılır. Bu günədək Mərkəzdə 2500-ə yaxın şəxs müxtəlif ixtisasartırma kurslarında iştirak edib.

Təhsil Nazirliyi tərəfindən təqdim edilən lisenziya isə bundan sonra Mərkəzin məzunlarına təqdim ediləcək diplomların bütün respublika üzrə tanınmasına imkan verəcək.

Qeyd edilib ki, Azərbaycanda ilk dəfədir ki, istehsalat müəssisəsinin tədriz mərkəzinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti