...

Son 5 ayda ƏƏSMN-də 6408 nəfər vətəndaş fərdi qaydada qəbul edilib

Cəmiyyət Materials 12 İyun 2014 14:48 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eyni zamanda, bu dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən Sumqayıt, Şirvan, Lənkəran şəhərlərində, Ağdam və Salyan rayonlarında 317 nəfər vətəndaş fərdi qaydada qəbul edilib.
Son 5 ayda ƏƏSMN-də 6408 nəfər vətəndaş fərdi qaydada qəbul edilib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Cari ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fərdi qaydada qəbul edilən vətəndaşların ümumi sayı 6408 nəfər olub ki, onlardan 101 nəfəri nazir, 131 nəfəri nazir müavinləri, digərləri isə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eyni zamanda, bu dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən Sumqayıt, Şirvan, Lənkəran şəhərlərində, Ağdam və Salyan rayonlarında 317 nəfər vətəndaş fərdi qaydada qəbul edilib.

Hər bir müraciət obyektiv şəkildə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti