...

Drezdenin ictimai nəqliyyatında Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilir (FOTO)

Cəmiyyət Materials 13 İyun 2014 16:01 (UTC +04:00)
Drezdenin ictimai nəqliyyatında Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilir.
Drezdenin ictimai nəqliyyatında Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilir (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, İlkin İzzət/

Drezdenin ictimai nəqliyyatında Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Bakı-2015" ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyəsayım kampaniyasına Almaniyada yaşayan azərbaycanlılar da öz töhfəsini verib.

Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən Alm.Az Cəmiyyətinin təşəbbüsü ilə iyunun ayının 12-dən başlayaraq Drezden şəhərinin ictimai nəqliyyat vasitələrində I Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilir. Gün ərzində 40-50 dəfə olmaqla 3 gün göstəriləcək və minlərlə sərnişinin görə biləcəyi videoçarxda Azərbaycanın, Bakının göz oxşayan görüntüləri, tarixi, mədəniyyəti, eləcə də Oyunlara hazırlıq məqsədilə görülmüş işlər öz əksini tapıb.

Alm.Az Cəmiyyətinin sədri Ağahüseyn Babayev bildirib ki, 55 saniyəlik videoçarxın hər ayın eyni günlərində 3 gün ərzində Drezdenin ictimai nəqliyyat vasitələrindəki monitorlarda nümayişi nəzərdə tutulur. Videoçarxın yayılmasında I Avropa Oyunları öncəsi möhtəşəm idman yarışına ev sahibliyi edəcək Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliğ olunmasıdır.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Bu Oyunlar idmanın 19 növünü əhatə edəcək ki, bunlardan 16-sı Olimpiya idman növü, 3-ü isə qeyri-olimpiya idman növüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti