...

Azərbaycan şagirdlərinin buraxılış imtahanlarının nəticələri məlum oldu

Cəmiyyət Materials 20 İyun 2014 14:31 (UTC +04:00)
İyunun 18-də Azərbaycanın orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Azərbaycan şagirdlərinin buraxılış imtahanlarının nəticələri məlum oldu

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İyunun 18-də Azərbaycanın orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. Bu barədə Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Dövlət Komissiyası 18 iyun tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. İmtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və TQDK-nın internet saytında tanış ola bilərlər.

Buraxılış imtahanlarında 40 minə yaxın şagird iştirak edib.

Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2036 nəzarətçi-müəllim ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti