...

Sabah Azərbaycanın bəzi bölgələrində növbəti buraxılış imtahanları keçiriləcək

Cəmiyyət Materials 23 İyun 2014 11:38 (UTC +04:00)
Məlumata görə, qeyd olunan şəhər və rayonlarda imtahanların keçirilməsi üçün 51 imtahan mərkəzi ayrılıb. Bu imtahanlarda ümumilikdə 40535 şagirdin iştirakı gözlənilir.
Sabah Azərbaycanın bəzi bölgələrində növbəti buraxılış imtahanları keçiriləcək

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərinin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Bu barədə Trend-ə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qeyd olunan şəhər və rayonlarda imtahanların keçirilməsi üçün 51 imtahan mərkəzi ayrılıb. Bu imtahanlarda ümumilikdə 40535 şagirdin iştirakı gözlənilir.

Həmin gün Gəncədə 3009, Mingəçevirdə 1111, Daşkəsəndə 358, Göygöldə 874, Samuxda 726, Naftalanda 59, Goranboyda 1501, Şəmkirdə 2643, Gədəbəydə 1005, Ağstafada 988, Qazaxda 1069, Tovuzda 2166, Şəki 2170, Balakən 936, Qaxda 693, Qəbələdə 1647, Oğuzda 637, Zaqatalada 1383 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Gəncədə 2060, Mingəçevirdə 857, Daşkəsəndə 260, Göygöldə 737, Samuxda 483, Naftalanda 44, Goranboyda 1132, Şəmkirdə 2136, Gədəbəydə 753, Ağstafada 791, Qazaxda 879, Tovuzda 1571, Şəki 1737, Balakən 611, Qaxda 542, Qəbələdə 1383, Oğuzda 488, Zaqatalada 1096 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 158 imtahan rəhbəri, 2080 nəzarətçi-müəllim ayrılıb.

Həmin imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti