...

Ramil Usubov polisdə və Daxili Qoşunlarda xidmət etmək istəyən şəxsləri qəbul edəcək

Cəmiyyət Materials 23 İyun 2014 16:28 (UTC +04:00)
Daxili işlər naziri Ramil Usubov polisdə və Daxili Qoşunlarda xidmət etmək istəyən şəxsləri qəbul edəcək.
Ramil Usubov polisdə və Daxili Qoşunlarda xidmət etmək istəyən şəxsləri qəbul edəcək

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Daxili işlər naziri Ramil Usubov polisdə və Daxili Qoşunlarda xidmət etmək istəyən şəxsləri qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Baş Kadrlar İdarəsi bildirir ki, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri 28 iyun 2014-cü il tarixdə saat 13.00-da Quba Rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcək.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşlar işlə təmin olunmaları ilə əlaqədar qəbul edilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti