...

"Parlaq Zəka" intellekt şousunun 1/4 final mərhələsinin yeddincı qalibi müəyyən olundu (FOTO)

Cəmiyyət Materials 24 İyun 2014 12:41 (UTC +04:00)
“Parlaq Zəka” intellekt şousunun 1/4 final mərhələsinin yeddincı qalibi müəyyən olundu. Bu həftə tamaşaçılar zəkaların “Azərbaycan dünya müharibələrində” mövzusunda olan gərgin mübarizələrinin şahidi oldu.
"Parlaq Zəka" intellekt şousunun 1/4 final mərhələsinin yeddincı qalibi müəyyən olundu (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

"Parlaq Zəka" intellekt şousunun 1/4 final mərhələsinin yeddincı qalibi müəyyən olundu. Bu həftə tamaşaçılar zəkaların "Azərbaycan dünya müharibələrində" mövzusunda olan gərgin mübarizələrinin şahidi oldu. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Ayxan Məmmədli, sarı yolda Əşrəf Paşabəyli, yaşıl yolda isə Nizami Süleymanov mübarizə apardı. Yarımfinalda yarışmaq şansını isə bu oyunda da Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan Əşrəf Paşabəyli əldə etdi. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevin sözlərinə görə layihənin Əşrəf Paşabəylinin orden və medal sayına baxılsa artıq onun bu qələbəsini heç də təsadüfi qazanmadığına bir daha əmin olmaq olar.

Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

Əlavə məlumat əldə etmək üçün Facebook - Parlaq Zəka səhifəsinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti