...

Azərbaycanda ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri müzakirə olunub

Cəmiyyət Materials 27 İyun 2014 10:39
Bakıda Təhsil və Maliyyə nazirliklərinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri və təhsil sistemində FARABİ layihəsinin tətbiqinin vəziyyəti və perspektivləri" mövzudunda təqdimat mərasimi keçirilib.
Azərbaycanda ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri müzakirə olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda Təhsil və Maliyyə nazirliklərinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri və təhsil sistemində FARABİ layihəsinin tətbiqinin vəziyyəti və perspektivləri" mövzudunda təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbirin əsas məqsədi ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi, adambaşına maliyyələşməyə keçid, ali məktəblərin maliyyə təsərrüfat fəaliyyətinin optimallaşdırılması yollarını müzakirə etməkdən ibarət olub.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, ali məktəblərin rektorları və digər qonaqlar iştirak ediblər.

Maliyyə naziri Samir Şərifov informasiya texnologiyalarının təhsil sektorunun idarə olunması sisteminə inteqrasiyasının mütərəqqi hal olduğunu qeyd edərək bildirib ki, yeni sistem ali təhsil müəssisələrinin gəlirlərinin artırılması imkanlarına daha səmərəli yanaşmağı, səmərəli büdcə planlaşdırması sisteminə keçidi təmin edəcək.

Təhsil naziri Mikayıl Cabbarov ölkənin ali təhsil sistemində yeni maliyyələşdirmə sisteminin tətbiq olunduğunu və bunun da yeni maliyyə idarəetmə mexanizmini formalaşdırdığını qeyd edib. Nazir yeni təqdim olunan FARABİ sisteminin ali təhsil müəssisələrinin maliyyə və mühasibat hesabatlılığını milli və beynəlxalq standartlar səviyyəsində tam şəkildə avtomatlaşdırmağa, maliyyə-idarəetmə imkanlarını genişləndirməyə, eləcə də insan resurslarının idarə olunmasında bir sıra əlavə modulların tətbiqinə imkan verəcəyini bildirib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi ali təhsil müəssisələrində elektron-maliyyə hesabatlılığının artmasına, insan resurslarının effektiv idarə olunması və təhsildə elektron idarəetmə sisteminin əsaslı şəkildə formalaşmasına zəmin yaradacaq.

Sonra çıxışlar ətrafında müzakirələr aparılıb, ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri qeyd olunan məsələlər haqqında fikirlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti