...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq simpoziumda təmsil olunur

Cəmiyyət Materials 14 İyul 2014 16:25 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Yunanıstanın paytaxtı Afinada bu ölkənin sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Georgi Papandreonun rəhbərliyi ilə 15-ci illik Symi Simpoziumu öz işinə başlayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq simpoziumda təmsil olunur

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq simpoziumda təmsil olunur.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Yunanıstanın paytaxtı Afinada bu ölkənin sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Georgi Papandreonun rəhbərliyi ilə 15-ci illik Symi Simpoziumu öz işinə başlayıb.

Simpoziumda Rokfeller Qardaşları Fondu, Stanford, Harvard, Temple Universitetləri, Dünya Bankının vitse-prezidenti, German Marşal Fondunun vitse-prezidenti o cümlədən Nobel mükafatçısı Məhəmməd Əl-Baradeyi ilə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də təmsil olunur.

Symi Simpoziumunda indiyə kimi ABŞ-ın sabiq prezidenti Bill Klinton, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Baronessa Eşton, Estoniya, Bolqarıstan prezidentləri mütəmadi iştirak edirlər.

Qeyd edək ki, simpozium çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Georgi Papandreous Fondu arasında əməkdaşlıq perspektivinin ilk müzakirələri də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti