...

Bilik Fondunun rəhbərinin maaşını prezident müəyyən edəcək

Cəmiyyət Materials 16 İyul 2014 11:18 (UTC +04:00)
Azərbaycanda yeni yaradılan Bilik Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən ediləcək.
Bilik Fondunun rəhbərinin maaşını prezident müəyyən edəcək

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yeni yaradılan Bilik Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilib.

Bu dəyişikliyə əsasən, yeni qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti