...

Şimal bölgəsinin sakinləri Qusarda səyyar "ASAN xidmət"dən yararlana biləcəklər

Cəmiyyət Materials 22 İyul 2014 12:19
Cari ilin 22 iyul - 1 avqust tarixində Qusar, Quba, Xaçmaz rayonlarının 415 mindən artıq sakini səyyar "ASAN xidmət"dən Qusar rayonunda yararlana biləcək.
Şimal bölgəsinin sakinləri Qusarda səyyar "ASAN xidmət"dən yararlana biləcəklər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Cari ilin 22 iyul - 1 avqust tarixində Qusar, Quba, Xaçmaz rayonlarının 415 mindən artıq sakini səyyar "ASAN xidmət"dən Qusar rayonunda yararlana biləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qedy edək ki, 2014-cü ilin dekabr ayına qədər səyyar "ASAN xidmət" vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti