...

TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzinə və Qobustan Regional Təlim Mərkəzinə şagird qəbulu başa çatıb

Cəmiyyət Materials 22 İyul 2014 13:59 (UTC +04:00)
ARDNŞ-nin Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə (KHTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) 2014-2015-ci tədris ili üzrə keçirilən şagird qəbulu başa çatmışdır.
TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzinə və Qobustan Regional Təlim Mərkəzinə şagird qəbulu başa çatıb

Azərbaycan, Bakı, 22 iyul /Trend/

ARDNŞ-nin Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə (KHTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) 2014-2015-ci tədris ili üzrə keçirilən şagird qəbulu başa çatmışdır.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, iyun ayında müsabiqənin 1-ci turunda KHTM və QRTM-ə 14 peşə ixtisası üzrə sənəd qəbulu keçirilmişdir. Müsabiqədə iştirak etmək üçün 1357 nəfər, o cümlədən 240 ali təhsilli, 138 orta ixtisas təhsilli, 52 ilk peşə-ixtisas təhsilli, 906 tam orta təhsilli, 21 nəfər isə ümumi orta təhsilli şəxs müraciət etmişdir. Bu il təşkil olunmuş müsabiqədə oğlanlarla (1238 nəfər) yanaşı 119 nəfər gənc qız da iştirak etmişdir. İyunun 28-də keçirilmiş test imtahanında 767 nəfər iştirak etmişdir. İmtahanın nəticələrinə görə seçdikləri peşələr üzrə yüksək bal toplamış 255 nəfər və Heydər Əliyev Fondunun təqdimatı ilə uşaq evlərindən göndərilən 13 nəfər (cəmi 268 nəfər) müsabiqənin 4-cü turuna buraxılmaq hüququ əldə etmişdir.

Test imtahanında müvəffəqiyyət qazanmış namizədlərdən 125 nəfəri Bakı şəhərində, 141 nəfəri Azərbaycan Respublikasının digər rayonlarında (44 rayon), 2 nəfər isə Naxçıvan Muxtar Respublikasında qeydiyyatdadırlar. Qaliblərdən 71 nəfər ali təhsilli, 23 nəfər orta ixtisas təhsilli, 2 nəfəri ilk peşə-ixtisas təhsilli, 172 nəfər isə tam orta təhsillidir. Bu da bir daha ARDNŞ-nin təlim mərkəzlərinə qəbul olunmuş şagirdlərin yüksək bilik səviyyəsini nümayiş etdirir.

"ARDNŞ-nin təlim mərkəzlərinə şagird qəbulu qaydaları"nın 3.3.4-cü bəndinə əsasən 4-cü turda iddiaçılardan tələb olunan sənədlərin əsli qəbul olunur və onların sağlamlığının müvafiq peşənin tələblərinə uyğunluğunu yoxlamaq üçün ARDNŞ tərəfindən müəyyən edilmiş tibb müəssisəsinə müayinəyə göndərilirlər. Tibb müəssisəsinin rəsmi rəyinə əsasən sağlamlığı qənaətbəxş hesab edilməyən iddiaçı müsabiqədən kənarlaşdırılır və onun yerinə imtahanda yüksək bal toplamış növbəti iddiaçı seçilir.

Qeyd edək ki, ARDNŞ-nin təlim mərkəzlərinə şagird qəbulu ildə bir dəfə keçirilir. Qəbul haqqında ətraflı məlumat almaq üçün www.socar.az rəsmi internet saytına daxil olaraq Karyera panelində Təlim Mərkəzinə sənəd qəbulu bölməsinə daxil olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti