...

II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iki nəfər maksimum nəticə göstərib

Cəmiyyət Materials 22 İyul 2014 19:09
Trend komissiyanın saytına istinadən xəbər verir ki, imtahanda iştirak edən 30513 abituriyentdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.
II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iki nəfər maksimum nəticə göstərib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyul ayının 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 31326 ( 15562 nəfər II qrup üzrə, 15764 nəfər III qrup üzrə) abituriyentdən 813 nəfəri imtahanda iştirak etməmişdir.

Trend komissiyanın saytına istinadən xəbər verir ki, imtahanda iştirak edən 30513 abituriyentdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

II ixtisas qrupu üzrə 11079, III ixtisas qrupu üzrə 10569 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılmışdır.

II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə - 700 bal toplamışdır.

II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan;

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 200 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcəkdir.

İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti