...

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqədə 71 hüquqşünas keçid balını toplayıb (SİYAHI)

Cəmiyyət Materials 5 Avqust 2014 16:57 (UTC +04:00)
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqədə 71 gənc hüquqşünas keçid balını toplaya bilib.
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqədə 71 hüquqşünas keçid balını toplayıb (SİYAHI)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlkin İzzət/

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqədə 71 gənc hüquqşünas keçid balını toplaya bilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqəyə yekun vurulub.

Müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış namizədlərin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 71 gənc hüquqşünas "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları" ilə müəyyənləşdirilmiş keçid balını toplayıb.

2002-ci ildən başlamaqla keçirilən və sayca 13-cü olan bu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarına qulluğa qəbul olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən və ölkə həyatının bütün sahələrində gənclərin intellektual potensialından geniş istifadəyə yönəlmiş dövlət gənclər siyasəti çərçivəsində uğurla həyata keçirilmiş mühüm tədbirlərdən biri olub. Sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla tam şəffaf, ədalətli prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş 627 gənc hüquqşünas hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul olunmuş gənclər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərməklə, onların bir hissəsi yuxarı təsnifatlar üzrə, o cümlədən rəhbər vəzifələrə irəli çəkiliblər.

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 27 avqust 2014-cü ildən Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və "Qəbul otağı"nda yerləşdirilib.

S İ Y A H I

Sıra

№-si

Soyadı, adı, atasının adı

Abbasov Cabir Etibar oğlu

Alıyev Səbuhi Mehdi oğlu

Almazov Ramin Pənah oğlu

Babazadə Kənan Nadir oğlu

Bağırov Taleh Vilayət oğlu

Bayramov Rəhim Məzahir oğlu

Bayramov Rəşid Yusif oğlu

Bayramova Elfanə Elman qızı

Cəfərov Adil Yusif oğlu

Eyvazov Elşad Akif oğlu

Əbilov Elnur Rəşid oğlu

Əhədov Ruslan Şamxal oğlu

Əhməd Rəcəb Nazim oğlu

Əhmədov Toğrul Rahab oğlu

Əsədov Nəriman Sabir oğlu

Əsgərov Məhəmməd Ələkbər oğlu

Əzimzadə Bəxtiyar Xalıq oğlu

Hacıyev Məhəmməd Vilyam oğlu

Heydərova Könül Əli qızı

Həsənov Ozal Mübariz oğlu

Hümbətzadə Oruc Möhbalı oğlu

Hümmət-zadə Tural Ramazan oğlu

Hüseyinov Samir Şəmsəddin oğlu

Hüseynov Əflatun Əflan oğlu

Hüseynov Yasin Nizami oğlu

Hüseynzadə Toğrul Ələkbər oğlu

İmanov Əli Sərməz oğlu

İslamzadə Nilufər İltimas qızı

İslamzadə Vüqar Səyyar oğlu

Kazımov Rövşən Zahid oğlu

Qafarov Əfqan Nizam oğlu

Qasımov Emin Səlim oğlu

Qubuşov Tamerlan Əlövsət oğlu

Quliyev Əyyub Şirin oğlu

Mehrabov Haqverdi Dilbazi oğlu

Mehralıyev Zamil Zahid oğlu

Mehrəliyev Vüsal Bəhram oğlu

Məmmədli Tərlan İlham oğlu

Məmmədov Neymət Hüsən oğlu

Məmmədov Nurlan Samir oğlu

Məmmədov Şükran Nurəddin oğlu

Məmmədova Təranə Yavər qızı

Muxtarlı Elvin Mənsim oğlu

Murquzov Emil İlqar oğlu

Musayev Qadir Hakim oğlu

Musayev Təbriz Elşən oğlu

Namazov Fərid Arif oğlu

Nəcəfov Səməd Şöhrət oğlu

Nəcəfova Leyla Qnyaz qızı

Niftullayev Tamerlan Alim oğlu

Novruzov Hikmət Şəmsəddin oğlu

Novruzzadə Elnur Elman oğlu

Nuriyev Anar Nazim oğlu

Orucov Nicat Azad oğlu

Pənahov Əziz Pənah oğlu

Rzayev Sərvər Gülmalı oğlu

Salamzadə Elxan İsə oğlu

Seyid Turxan Hacımirhəşim oğlu

Seyidzadə Vüqar Fazil oğlu

Səfərov Tale Balabəy oğlu

Səlimli Səlim Akif oğlu

Səlimov Vüqar Fədayi oğlu

Səmədli Mətanət Natiq qızı

Səmədov Elnur Ətraf oğlu

Səmədzadə Pirayə Zahid qızı

Şabanov Pərvin Siyafər oğlu

Şabanov Valeh İxtiyar oğlu

Şahverdiyev Atəş Möhbalı oğlu

Tağıyev Faxrəddin İnqilab oğlu

Tofiqi Fuad Valeh oğlu

Vəliyev Murad İsmayıl oğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti