...

Gənclərlə ənənəvi görüşlər mühüm əhəmiyyətə malikdir (FOTO)

Cəmiyyət Materials 7 Avqust 2014 11:04 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında gənclərlə növbəti yığıncaq keçirilib.
Gənclərlə ənənəvi görüşlər mühüm əhəmiyyətə malikdir (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında gənclərlə növbəti yığıncaq keçirilib. Təşkilatın sədri Naqif Həmzəyev, Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev və fəal gənclərin iştirak etdiyi yığıncağı YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan "Gənclər siyasəti" hazırda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sayəsində ölkəmizdə layiqincə həyata keçirilir. Hazırda ölkəmizdə gənclər üçün hər cür şərait yaradılıb. Məhz bunun sayəsində Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında fəallığı ilə seçilir. Azərbaycan gəncliyi dövlətə, dövlətçiliyə sadiqdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin də məqsədi dövlətini, xalqını sevən, ona sadiq olan gəncləri bir araya gətirərək, onların sosial-iqtisadi, elmi-mədəni sahələrdə inkişafını təmin etməkdir. Hər il təşkil olunan "Gənc liderlər" gənc siyasətçilər üçün yay məktəbləri YAP üzvü olan fəal gənclərin bir araya gələrək yeni biliklər, dünyagörüşü, yeni dostlar qazanmaları üçün əla fürsətdir. Bu il YAP Gəncə şəhər Təşkilatından 25 nəfər gənc "Yay məktəbi"nə qatılıb və onların hər biri xoş təəssüratlarla geri dönüblər.

2007-ci ildən başlayaraq ənənəvi hal alan və Gəncə gənclərinin də fəal iştirak etdiyi "Yay məktəbi" layihəsi gənclərin hərtərəfli inkişafında, siyasi dünyagörüşünün, həmrəylik və birlik zəminində işgüzar münasibətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Bu günlərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Oğuz və Lerik rayonlarında 4 turda təşkil etdiyi və 800 nəfərədək gəncin qatıldığı "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsi başa çatıb. Layihədə 2016-cı il Avropanın Gənclər Paytaxtı Gəncənin gəncləri yüksək səviyyədə iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatından "Yay məktəbi" ndə iştirak edən fəal gənclər çıxış edərək bu məktəbin fəaliyyətini, diskussiya və tədbirləri, turun nəticələrini yüksək dəyərləndiriblər, bu cür layihələrdə gənclərin ictimai-siyasi fəallığının, təşəbbüskarlığının artmasında önəmli stimul olduğunu bildiriblər. Qeyd ediblər ki, bizə hər zaman qayğı ilə yanaşdığına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Gənclərin səmərəli fəaliyyətlərinə dəstək verən Yeni Azərbaycan Partiyasının İcra Katibliyini əmin edirik ki, bizə göstərilən etimadı əməli işlərimizlə doğruldacaq, gündən-günə qüdrətlənən, zənginləşən, çiçəklənən Azərbaycana layiqli töhfələrimizi verəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti