...

Şəhid babası: Namus, qeyrət edin! Ayağa durun! (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2014 04:25 (UTC +04:00)
Mən utanıram ki, vaxtilə bizim əkdiyimiz, biçdiyimiz, qurduğumuz yerlər indi ermənilərin əlindədir.
Şəhid babası: Namus, qeyrət edin! Ayağa durun! (FOTO)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İlkin İzzət/

Mən utanıram ki, vaxtilə bizim əkdiyimiz, biçdiyimiz, qurduğumuz yerlər indi ermənilərin əlindədir. Sizdən çox xahiş edirəm, şəhidin qanın yerində qoymayın! Namus, qeyrət edin! Ayağa durun! Dəhrə, yaba ilə də düşmənin üstünə getsəniz, onlar qorxub qaçacaq.

Trend-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsində şəhid əsgər Quliyev Sənan Qeyrət oğlunun yas mərasiminin 7-ci günündə şəhidin babası Əlqəmə Quliyev deyib.

Şəhid babası Azərbaycan xalqına müraciət edərək hamıdan qorxmadan düşməndən çəkinməməyə və ona qarşı hücuma keçməyə çağırıb:

"Bir-birinizə dayaq durun, düşmənin üstünə gedin. Qorxmayın ki, ölərik ya qırılarıq. Bilin ki, Dağlıq Qarabağda erməni yoxdur. Orada 3-5 nəfər var. Onlar da bizi görən kimi qorxub qaçacaqlar".

Əlqəmə Quliyev yas mərasimində Bakıdan gələn media və ictimaiyyət nümayəndələrinin iştirakından ruhlandığını və 75 yaşı olmasına baxmayaraq, indi də əlinə silah alıb düşmənə qarşı döyüşməyə hazır olduğunu deyib: "Sizi ki, burada belə görürəm, elə bilirəm nəvəm ölməyib.

Mənim 75 yaşım var, əlimdə yaba-dəhrə elə bir kənd olmayıb ki, düşmənin üzərinə getməyim. İndi də hazıram ki, əlimə silah alıb düşmənin canını alım.

Qaradağlı kəndi işğal olunanda bir oğlum, 4 qardaşımoğlu, 4 xalamoğlu şəhid olub, onların dağı ürəyimdədir. Allah sizə elə gün göstərməsin".

Qeyd edək ki, şəhid Sənan Quliyevin özündən sonra 1 övladı qalıb, ana bətnində olan daha bir övladının isə bu yaxınlarda dünyaya gələcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti