...

Azərbaycan XİN Türkiyədə yol qəzasında yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır

Cəmiyyət Materials 10 Avqust 2014 13:46 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən yol qəzası zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olub-olmaması məsələsini araşdırır.
Azərbaycan XİN Türkiyədə yol qəzasında yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən yol qəzası zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olub-olmaması məsələsini araşdırır. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev məlumat verib.

Qeyd edək ki, bu gün Türkiyənin Manisa vilayətində avtobus aşıb. Anadolu agentliyinin yazdığına görə, qəza nəticəsində 52 sərnişin xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Yaralıların hamısı xəstəxanalara çatdırılıb.

Manisa Dövlət Xəstəxanasından Trend-ə bildirilib ki, yaralılar arasında üç əcnəbi olub - əlcəzairli, yapon və azərbaycanlı.

Xəstəxanadan bildirildiyinə görə, azərbaycanlı olduğu ehtimal edilən Nəzirə Həddad adlı qadın ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti